Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti Muxtar Maniyev xəstəxanaya yerləşdirilib.

Oxu.Az bildirir ki, bu barədə APA-ya M.Maniyevin həyat yoldaşı Nəsibə Maniyeva məlumat verib.

Onun sözlərinə görə, sentyabrın 2-də Xalq artistinin səhhəti qəfil pisləşib və onu Bakı Sağlamlıq Mərkəzinin Reanimasiya Şöbəsinə yerləşdiriblər. M.Maniyevin vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, M.Maniyev şəkərli diabetdən əziyyət çəkir. 2015-ci il avqustun 11-də Xalq artistinin sol ayağı, bu ilin martın 15-də isə sağ ayağı Elmi-Cərrahiyyə Mərkəzində amputasiya edilib. Xalq artisti M.Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox Azərbaycan filmində müxtəlif dərəcəli rollar oynayıb.

0
5