KİV: Səmərqənd aeroportu sentyabrın 3-də bağlı olacaq

KİV: Səmərqənd aeroportu sentyabrın 3-də bağlı olacaq

Özbəkistanın Səmərqənd şəhərinin aeroportu xüsusi eniş və uçuş icazəsi olan təyyarələr istisna olmaqla, bütün təyyarələr üçün bağlı olacaq.

Oxu.Az xəbər verir ki, bu barədə NOTAM - Beynəlxalq pilotlara xəbərdarlıq sisteminin informasiyasına istinadən BBC məlumat yayıb.

Rosbalt-ın məlumatına görə, Səmərqənd aeroportunda böyük izdiham Daşkənddən Özbəkistan prezidenti İslam Kərimovun meyitini gətirəcək təyyarəni gözləyir.

Mənbənin sözlərinə görə, demək olar ki, şəhərin yarısı aeroportda toplaşıb.

Səmərqənd İslam Kərimovun doğma şəhəridir.

Məlumata görə, şəhərdə prezidentlə vida mərasiminə hazırlıqlar gedir. Prezident İslam Kərimovun dəfn mərasimi sentyabrın 3-də baş tutacaq.

Daha öncə “Reuters” sentyabrın 3-də Səmərqənddə Kərimovun dəfn mərasiminə hazırlığın getdiyinə dair məlumat yaymışdı. Agentliyin məlumatına görə. Özbəkistanda dəfn məraisimində iştirak üçün MDB və xarici ölkələrin ali rəhbərliyi gələcək.

Özbəkistan hökumətində Kərimovun vəziyyətinə dair KİV məlumatını şərh etməyiblər.

N.O.

0
10