Moskvada 49 “sxodka” iştirakçısı saxlanılıb

Moskvada 49 “sxodka” iştirakçısı saxlanılıb

Moskva ətrafında polis əməkdaşları tərəfindən 49 “sxodka” iştirakçısı saxlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyinə Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk bildirib.

Onun sözlərinə görə, avqustun 27-də Moskva ətrafı Balaşix ərazisində insan oğurluğu, quldurluq və digər cinayətlərdə şübhəli bilinən 100-ə yaxın adam saxlanılıb.

“Saxlanılan şəxslər etnik qrupun üzvləridir, onların insan oğurluğu, quldurluq və digər cinayətlərdə şübhəli bilinirlər”, - Volk deyib.

Polis nümayəndəsi vurğulayıb ki, xüsusi əməliyyatın aparılması zamanı 24-67 yaş arası şəxslərin saxlanıldığını bildirib.

“Saxlanılan şəxslərin 27-ci polisə müqavimət göstərib. Onlardan birindən tapança müsadirə edilib. CM “Qanunsuz silah dövriyyəsi” maddəsi üzrə cinayət işi açılıb, şübhəli bilinən şəxs məhkəmə qərarı ilə həbs edilib.

Mütəşəkkil qrupun qanuna tabe olmayan bütün üzvləri cinayət məsuliyyətinə cəlb edilib. Saxlanılanlardan altısı yaxın günlərdə ekstradisiya ediləcəklər”.

0
10