Rusiya tanklarının Ermənistan dağlarında “dueli”

Rusiya tanklarının Ermənistan dağlarında “dueli”

Rusiyanın Ermənistandakı hərbi bazasının tankçılarının “Alagəz” yüksək dağlıq poliqonunda xüsusi təlimləri başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə cümə günü Rusiya Cənub hərbi dairəsinin mətbuat xidməti məlumat yayıb.

Təlim tədbirlərinə “T-72B” tank heyətinin tərkibində 100 hərbçi cəlb edilib. “Tank duelləri”nin keçirilməsi üzrə məşğələlərdə dağlıq relyef şəraitində taktiki, atəş, xüsusi hazırlıq və tankın idarə edilməsi üzrə normativlər yerinə yetirilib.

N.O.

0
9