Güclü sel Quba-Xınalıq yolunu yararsız hala salıb – FOTO

Güclü sel Quba-Xınalıq yolunu yararsız hala salıb – FOTO

Dünən axşam saatlarında Qubaya yağan aramsız yağışlar Quba-Xınalıq yolunda ciddi fəsadlar törədib.

Oxu.Az “Azəravtoyol” ASC-nin saytına istinadən xəbər verir ki, yolun 29-cu kilometrliyində Qudyalçay üzərində yerləşən körpü qəzalı vəziyyətə düşüb, körpünün istinad divarları zədələnib. Hadisə nəticəsində yolda gediş-gəliş dayanıb.

Bundan başqa, Quba-Xınalıq yolunun 36 kilometrliyində Qudyalçayda suyun səviyyəsinin qalxması nəticəsində yol yuyularaq yararsız vəziyyətə düşüb.

Dünən axşam saatlarından etibarən fəsadların aradan qaldırılması üçün ağır texnika və canlı qüvvə əraziyə cəlb olunub.

Qeyd edək ki, körpünün uzunluğu 9 metr, eni isə 6 metrdir.

0
20