Rusiya və Türkiyə arasında çarter reysləri bərpa edilir

Rusiya və Türkiyə arasında çarter reysləri bərpa edilir

Təxminən birillik fasilədən sonra Rusiya və Türkiyə arasında çarter hava əlaqələri bərpa edilir.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, ilk çarter reysini Rusiyanın “Royal Flight” aviaşirkəti həyata keçirəcək.

“RL7701” reysi saat 17:20-də Şeremetyevadan Antalyaya uçacaq, “Boeing 767”-nin göyərtəsində 300 turistin olacağı gözlənilir.

Hazırda Türkiyəyə çarter reyslərinə Rusiyanın “Royal Flight”, “Azur Air”, “Nord Wind” və “IFLy” aviaşirkətləri maraq göstərir. Onlar artıq reyslərin yerinə yetirilməsi üçün Rusiyanın aviasiyasdan icazə alıblar.

Türkiyənin aviasiyası öz növbəsində, 60-dan çox türk aviaşirkətinə Rusiyaya çarter reyslər yerinə yetirmək üçün icazə verdiyini bəyan edib. İcazənin heç bir məhdudiyyət olmadan, sorğu daxil olduca verildiyi bildirilib.

N.O.

0
10