Türkiyədə döyüşlər: 20 terrorçu məhv edildi

Türkiyədə döyüşlər: 20 terrorçu məhv edildi

Türkiyənin Hakkari əyalətinin Çukurca rayonunda keçirilən terror əleyhinə əməliyyatlar nəticəsində bir türk hərbçisi ölüb və altısı isə yaralanıb. Əməliyyat nəticəsində 20 PKK terrorçusu məhv edilib.

Oxu.Az bu barədə “Haberturk”ə istinadən xəbər verir.

Məlumata görə, türk aviasiyasının vurduğu zərbələr nəticəsində PKK terrorçularının iki mövqeyi darmadağın edilib.

N.O.

0
13