Minaaxtaranlar cəbhəyanı kəndləri təmizləyirlər

Minaaxtaranlar cəbhəyanı kəndləri təmizləyirlər

Əməliyyatlar davam etdirilir.

Cəbhəyanı kəndlərdə xeyli sayda partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

ANAMA-dan Oxu.Az-a verilən məlumata görə, Agentlik tərəfindən bu gün Tərtər, Goranboy və Füzuli rayonlarında PHS-lərin aşkarlanması əmnəliyyatı aparılıb.

Tərtər rayonunun Qapanlı kəndində 4 ev və həyətyani sahələrdə 13 partlayış yerinə baxış keçirilib, 13 partlamış sursat aşkar edilib.

Şıxarx kəndində əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış 152 mm-lik top mərmisi aşkar olunaraq, götürülüb.

Goranboy rayonunun Tapqaraqoyunlu kəndində 6 ev və həyətyanı sahələrdə 6 partlayış yerinə baxış keçirilib, 5 ədəd partlamış və 1 ədəd partlamamış 100 mm-lik top mərmisi aşkar edilərək, götürülüb.

Füzuli rayonunun Horadiz şəhəri və şəhər ətrafında 11 partlayış yerinə baxış keçirilib, 11 partlamış sursat aşkar olunub.

Aprelin 15-də Agentlik tərəfindən ümumilikdə 10 ev, 32 partlayış yeri, 1 əkin sahəsinə baxış keçirilıb, 30 partlamış və 2 partlamamış sursat aşkar edilərək götürülüb.

Ümumilikdə, ANAMA tərəfindən 7-15 aprel 2016-cı il tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli və Goranboy rayonlarında 247 ev və həyətyanı sahəyə, 5 ferma və 1 əkin sahəsinə baxış kecirilib, 51 ədəd PHS aşkar olunaraq, zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış minaaxtaran itlərin dəstəyi ilə xüsusi təyinatlı mobil çevik qrupları tərəfindən təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.

0
18