Aytən Səfərova metrodan yazdı: Camaat elə bil yeraltı saunaya girir

Aytən Səfərova metrodan yazdı: Camaat elə bil yeraltı saunaya girir

Aparıcı Aytən Səfərova Bakı metrosunda havalandırma sisteminin olmamasından şikayətlənib.

Oxu.Az xəbər verir ki, o, bu barədə “Facebook” sosial şəbəkəsində paylaşım edib.

“Bakı Metropolitenindən istifadə etməkdəyəm. Məncə, hər stansiyanın girişində ürək-damar və ağciyər xəstələrinə xəbərdarlıq asılmalıdır ki, havanız çatışmaya, ürəyiniz gedə və halsızlaşa bilərsiniz.

Bu, nədir? Metroda, qatarlarda havalandırma sistemi yoxdur. Camaat elə bil yeraltı saunaya girir. Hamı da tər tökür. Axı niyə? Minərlə insan - yaşlı, əliuşaqlı, hamilə, xəstə metrodan istifadə etməyə məcburdur. Ventilyasiya sistemini düzəldin, insanlara belə zülm verməyin”.

0
10