Messi Argentina yığmasına qayıtdı və zəfər qolunu vurdu – VİDEO

Messi Argentina yığmasına qayıtdı və zəfər qolunu vurdu – VİDEO

“Barselona”nın forvardı Lionel Messi dünya çempionatı 2018-in seçmə matçında Uruqvaya qarşı oyunda fərqlənib.

Oxu.Az bu barədə “Life” istinadən xəbər verir.

Xatırladaq ki, Amerika Kubokunun finalındakı məğlubiyyətdən sonra Messi milli komandadan getdiyini elan etmişdi.

Buna baxmayaraq, bir müddət düşündükdən sonra hücumçu argentinalıların yeni məşqçisi Elqardo Bausanın dəvətini qəbul edib.

Mendos stadionunda keçirilən Uruqvay ilə matçda Messi 43-cü dəqiqədə fərqlənib və onun qolu bu oyunda yeganə qol olub.

Bu qələbə sayəsində Argentina 10 komanda arasında seçim qrupunda birinci yerə yüksəlib. Rusiyada keçiriləcək DÇ-2018-nin birbaşa vəsiqəni Cənubi Amerikanın dörd komandası alacaq. Daha bir komanda isə play-offda iştirak edəcək.

0
8