Göygöl və Tərtərdə dolu düşüb

Göygöl və Tərtərdə dolu düşüb

Azərbaycan ərazisində müşahidə olunmuş faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, sentyabrın 1-i gün ərzində, 2-si səhərədək ölkə ərazisində hava şəraiti dəyişərək qeyri-sabit keçib, güclü şimal-qərb küləyi əsib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv olub, Göygöl və Tərtərdə dolu düşüb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1,0-8,0 mm, Lənkəran-Astara zonasında 1,0-26,0 mm, Astarada 84,0 mm, Lerikdə 41,0 mm, Böyük Qafqazda 1,0-18,0 mm, bəzi dağlıq ərazilərdə 33,0-78,0 mm, Kiçik Qafqazda 1,0-2,0 mm, Qazax-Gəncə zonasında 1,0-8,0 mm, Mərkəzi-Aran rayonlarında isə 1,0-24,0 mm olub.

Şimal-qərb küləyinin sürəti bəzi rayonlarda 18-32 m/s, Abşeron yarımadası və Abşeron dəniz rayonunda 20-25 m/s təşkil edib, arabir 28 m/s-dək güclənib.

0
18