İdmançımız dünya çempionatında erməniyə qalib gəldi – FOTO

İdmançımız dünya çempionatında erməniyə qalib gəldi – FOTO

İrlandiyanın Dublin şəhərində kikboksun yeniyetmə və gənclərin WAKO versiyası üzrə dünya çempionatı keçirilib. Çempionatda idmançımız Ramiz Nadirov erməni əsilli döyüşçüylə qarşılaşıb.

Oxu.Az bildirir ki, bu barədə aznews.az-a bəynəlxalq dərəcəli hakim Elnur Alıyev məlumat verib. Bildirib ki, idmançımız erməni rəqibinə qalib gəlib:

“Yeniyetmə və gənclərin dünya çempionatında Ramil Səfərov adına cənub döyüş klubunun üzvü Ramiz Nadirov erməni əsilli Artur Aqqasyanla qarşılaşmışdı.

İdmançımız gözəl döyüş nümayiş etdirdi. Komandamız yarışa 16 nəfərlə qatılıb. Onu da bildirim ki, mən beynəlxalq dərəcəli hakim imtahanı verərək yenidən dərəcəmi təzələdim:

“Qürur duyuram ki, Azərbaycanı bu yarışda təmsil edirəm”.

0
8