Ərdoğan Avropa liderləri ilə görüşəcək

Ərdoğan Avropa liderləri ilə görüşəcək

Sentyabrın 3-4-də Çində keçiriləcək G-20 Zirvəsində Almaniya, Fransa və İtaliya lideləri Türkiyə prezidenti Ərdoğanla qaçqın problemini müzakirə edəcək.

Lent.az-ın “sözcü”ə istinadən məlumatına görə, bu barədə Merkel açıqlama verib. O bildirib ki, G-20 Zirvə toplantısında Almaniya,  Fransa və İtaliya liderləri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla miqrantlarla bağlı görüş keçirəcək.

Qeyd edək ki, Türkiyə tərəfindən verilən dünənki açıqlamada, türklərə verilən Avropaya vizasız səyahət vədinə əmək edilməyəcəyi təqdirdə miqrant sövdələşməsinin icra edilməyəcəyi bildirilib.

Merkel və bəzi Avropa ölkələrinin liderləri də buna cavab olaraq  Türkiyənin vizasız səyahət hüququnu digər  72 şərti yerinə yetirəcəyi təqdirdə əldə edəcəyini deyir.

0
11