Xaçmazda bir kəndi su basıb

Xaçmazda bir kəndi su basıb

Ötən gün axşam saatlarında şimal bölgəsində yağan yağış nəticəsində çaylarda suyun səviyyəsi artıb.

Oxu.Az xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qudyalçayda suyun səviyyəsinin artması nəticəsində rayonun Qarğalıq kəndini su basıb.

Qarabağlı kəndində də yaşayış evlərinə su dolub. Əraziyə rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri gəlib. Dəyən ziyanın aradan qaldırılması və araşdırılması işləri görülür.

Niyazabad kəndində də bir yaşayış evinə su dolub.

0
22