Azərbaycan neftinin qiyməti ucuzlaşdı

Azərbaycan neftinin qiyməti ucuzlaşdı

“Qara qızıl”ın ucuzlaşması Azərbaycan neftinə də təsir edib.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “AzeriLight” markalı xam neftin bir barelinin qiyməti 1,50 dollar və yaxud 3,13% ucuzlaşıb.

Oxu.Az xəbər verir ki, bu gün “AzeriLight” markalı neftin bir barelinin qiyməti 46,41 dollara bərabər olub.

Xatırladaq ki, “AzeriLight” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

0
12