Özbəkistan prezidenti ağır vəziyyətdədir

Özbəkistan prezidenti ağır vəziyyətdədir

Özbəkistan prezidenti İslam Kərimov insult keçirdikdən sonra son dərəcə ağır vəziyyətdədir.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat ölkənin Nazirlər Kabinetinin saytında yerləşdirilib.

“Əziz həmvətənlər, böyük üzüntü ilə bildiririk ki, ötən gün prezidentimizin səhhətində kəskin pisləşmə qeydə alınıb və həkimlər bunu son dərəcə ağır qiymətləndirirlər”, - məlumatda deyilir.

Avqustun 28-də respublika rəhbərliyi dövlət başçısının xəstəxanaya yatırıldığı barədə məlumat yaymışdı.

Avqustun 29-da onun qızı Lola Kərimova-Tillayeva instaqram hesabında atasının insult keçirdiyini və reanimasiya şöbəsinə yatırıldığını bildirmişdi.

0
8