Rusiyanın gəmiqayırma zavodları ABŞ-ın "qara siyahısı"na düşdü

Rusiyanın gəmiqayırma zavodları ABŞ-ın "qara siyahısı"na düşdü

ABŞ Rusiyanın “Sovraxt-Sovmortrans” qrupunun şirkətlərinə və “Zvyozdoçka” daxil olmaqla, bir neçə  gəmiqayırma zavoduna qarşı sanksiya tətbiq edib.

APA-nın “RİA Novostiyə istinadən verdiyi xəbərə görə, sanksiya siyahısına Krımda fəaliyyət göstərən “Zalif” və “More” gəmiqayırma zavodları əlavə olunub.

“Sovfraxt” – Rusiyanın ən iri müstəqil nəqliyyat-daşıma şirkətlərindən biridir.

Qeyd edək ki, ötən gün ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.

0
13