Pakistanda 300 İŞİD üzvü saxlanılıb

Pakistanda 300 İŞİD üzvü saxlanılıb

Pakistan polisi İŞİD terror qruplaşmasının 300-dən çox üzvünü saxlayıb. APA-nın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, saxlanılanlar arasında İŞİD-in yerli qolunun lideri var.  

Pakistan Silahlı Qüvvələrinin nümayəndəsinin məlumatına görə, İŞİD-in Pakistandakı lideri Hafiz Ömər və qruplaşmanın 300-dən çox üzvü aparılmış əməliyyat nəticəsində ölkənin müxtəlif bölgələrində saxlanılıb.  Saxlanılanlardan 25-i Əfqanıstan, Suriya və İraq vətəndaşlarıdır.    

Ordu nümayəndəsi bildirib ki, Şimali Vəziristan əyalətində davam etdirilən əməliyyat nəticəsində, ümumilikdə, 3500 silahlı öldürülüb.

0
9