Rusiyadan Türkiyəyə ilk çarter reysi bu gün həyata keçiriləcək

Rusiyadan Türkiyəyə ilk çarter reysi bu gün həyata keçiriləcək

Bu gün Rusiyadan Türkiyəyə ilk çarter hava reysi həyata keçiriləcək.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, sentyabrın 2-də “Royal Flight” aviaşirkəti Moskvadan Antaliyaya iki hava uçuşunu həyata keçirəcək. Bu barədə reysin sifarişçisi olan “Coral Travel” turoperatorunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Marina Makarkova bildirib.

Məlumata görə,  avqustun 29-u axşam saatlarında satışa çıxarılan biletlərin hamısı  qısa vaxt ərzində satılıb.

Təyyarə “Şeremetyevo” hava limanından havaya qalxacaq.

0
10