Boksçumuz erməni idmançını rinqə çıxmağa peşman etdi

Boksçumuz erməni idmançını rinqə çıxmağa peşman etdi

O, boks yığmamıza Olimpiada üçün 5-ci vəsiqəni qazandırıb.

Türkiyənin Samsun şəhərində boks üzrə Avropa Olimpiya Təsnifat Turniri davam edir.

Oxu.Az-ın apasport.az-a istinadən məlumatına görə, Rioya lisenziya xarakterli yarışın yarımfinalında ikinci boksçumuz da çıxışını uğurla başa vurub.

Belə ki, Yana Alekseyevnanın (60 kq) ardınca dünya çempionumuz Cavid Çələbiyev də finala vəsiqə qazanıb. O, yarımfinalda Ermənistan millisinin üzvü Aram Avaqyanı rinqə çıxmağa peşman edib.

Həmyerlimiz hər 3 raundda rəqibindən güclü olub – 3:0 (30:27; 30:27: 30:27). Bu qələbə Çələbiyevin Rioya lisenziyasını da təmin edib.

Nəticədə o, boks yığmamıza Olimpiada üçün 5-ci vəsiqəni qazandırıb.

Final döyüşləri sabah keçiriləcək. Bu döyüşün nəticəsi yalnız medal əyarı baxımından önəmli olacaq.

Qeyd edək ki, bununla da Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziyalarımızın sayı 36-ya, Rioya yollanacaq idmançılarımızın sayı 37-yə çatıb.

0
20