Üç uşaq atası futbolçu evləndi

Üç uşaq atası futbolçu evləndi

Hazırda Qazaxıstanın “Kayrat” klubunda forma geyinən rus futbolçu Andrey Arşavin ailə qurub.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı futbolçu Alisa Kazmina ilə evlənib.

Toy mərasimi Sankt-Peterburq şəhərində baş tutub.

Qeyd edək ki, Arşavin daha öncə 2004-2013-cü ildə belaruslu Yuliya Baranovskaya ilə evli olub. Onun bu evlilikdən üç övladı var.

0
9