Binəli Yıldırım: “Türkiyə antiterror qanunvericiliyini dəyişməyəcək”

Binəli Yıldırım: “Türkiyə antiterror qanunvericiliyini dəyişməyəcək”

Türkiyə Aİ-nin vizasız rejimə keçid üçün mühüm şərt kimi irəli sürdüyü tələbinə cavabında antiterror qanunvericiliyini dəyişməyəcək.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Avropa Parlamentinin rəhbəri Martin Şultsla birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Bizim terrorla mübarizəmiz Avropanın özünün də təhlükəsizliyinə zəmanətdir. Bugünkü şəraitdə, terrorla bu cür intensiv savaş getdiyi bir zamanda, qanunvericilikdə hər-hansı dəyişiklik etmək mümkünsüzdür.  Bu bizim üçün ölüm-dirim məsələsidir. Digər məsələlərdə isə biz  heç bir çətinlik görmürük”, - deyə Yıldırım qeyd edib.

Şults isə, öz növbəsində Aİ-nin əvvəlki mövqeyini təkrarlayıb: “Viza liberallaşdırılması yalnız Türkiyənin terrorla mübarizəyə dair qanunvericiliyinin dəyişməsindən sonra mümkündür”.    

0
15