Azərbaycanda Turizm Şurası yaradılacaq

Azərbaycanda Turizm Şurası yaradılacaq

Azərbaycanda Turizm Şurası yaradılacaq.

Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı sərəncamda deyilir.

Turizm Şurasının əsas məqsədi Azərbaycanda turizm sahəsində mövcud vəziyyəti təhlil etməkdən, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsindən, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir. Şura öz fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri cəlb edə bilər, habelə işçi qruplar yarada bilər.

0
23