Faiq Ağayev həvəskarlar arasında müsabiqəyə start verdi - VİDEO

Faiq Ağayev həvəskarlar arasında müsabiqəyə start verdi - VİDEO

Xalq artisti Faiq Ağayev maraqlı bir layihəyə start verib.

Oxu.Az-a açıqlama verən müğənni bildirib ki, repertuarına yeni daxil etdiyi “Uşaq kimi” adlı bəstəni qeyri-peşəkar ifaçılardan kim yaxşı ifa etsə, həmin şəxs bahalı hədiyyə ilə təltif olunacaq.

Müsabiqənin şərtləri çox sadədir. Belə ki, mahnını ifa edən şəxslər oxuduqları anı əks etdirən videoya F.Ağayevin adını “Facebook” və “İnstagram”da “uşaq kimi” heşteqi ilə işarələməli və ya aşağıdakı videoda göstərilən “whatsapp” nömrəsinə göndərməlidirlər. Ən yaxşı ifa edən şəxsi bahalı mükafat gözləyir.

0
13