Türkiyədə 800-dən çox hərbçi ordu sıralarından çıxarıldı

Türkiyədə 800-dən çox hərbçi ordu sıralarından çıxarıldı

Türkiyədə ölkədə hərbi çevrilişə cəhddə ittiham edilən Fətullah Gülənin hərəkatına qarşı əməliyyat çərçivəsində, quru və dəniz qüvvəllərinin 820 hərbçisi ordu sıralarından çıxarılıb.

Oxu.Az bu barədə "Hurriyet"ə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, işdən çıxarılan hərbçilərdən 648-i hərbi çevrilişə cəhd ittihamı ilə göz altına alınıb.

İyulun 15-də Türkiyə rəhbərliyi ölkədə hərbi çevrilişə cəhd barədə bəyanat verib.

Hərbçilər öz növbəsində hakimiyyətin onların əlinə keçdiyini bəyan ediblər, amma iyulun 16-da qiyamçı hərbçilər təslim olmağa başlayıblar.

Türkiyə hakimiyyəti qiyamın yatırıldığını elan ediblər.

N.O.

0
8