“Azəravtoyol” vətəndaşlara xəbərdarlıq etdi

“Azəravtoyol” vətəndaşlara xəbərdarlıq etdi

Bakı şəhərinin Ziya Bünyadov prospektində yerləşən yerüstü piyada keçidləri təmir edilib.

“Azəravtoyol” ASC-dən Oxu.Az-a daxil olan xəbərə görə, təmir işləri vətəndaşların müraciəti əsasında aparılıb.

Ətrafda yaşayan sakinlərin və mütamadi olaraq yerüstü piyada keçidlərindən istifadə edən vətəndaşların pilləkən hissələrdə yeni tutacaqların quraşdırılması ilə bağlı ASC-yə müraciəti əsasında sözügedən keçidlərdə yeni tutacaqlar quraşdırılıb.

Bundan başqa, təmir işləri zamanı bəzi insanlar tərəfindən yerüstü piyada keçidlərinin tavanında dağıdılan xüsusi plastik üzlüklər də yeniləri ilə əvəzlənib.

“Azəravtoyol” vətəndaşlardan keçidlərdən istifadə edərkən nizam-intizamlı olmalarını və dövlət əmlakına zərər vurmamağı xahiş edir. Bu cür halların yenidən təkrarlanacağı təqdirdə, həmin şəxslər barəsində qanunvericilik çərçivəsində ölçü götürüləcək”, - deyə məlumatda qeyd olunub.

0
14