Nazarbayev terror əleyhinə qanunların sərtləşdirilməsinin tərəfdarıdır

Nazarbayev terror əleyhinə qanunların sərtləşdirilməsinin tərəfdarıdır

Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəyan edib ki, terror təhdidi şəraitində dövlət sabitliyi pozmağa çalışan qüvvələrə qarşı durmalıdır, bununla yanaşı, o, parlamentariləri yeni sessiyada müvafiq qanunverici tədbirləri qəbul etməyə çağırıb.

Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

“Deputat korpusu cəmiyyətimizin həyat istiqamətlərini qanuni həlli üzrə böyük iş görməlidir. Bu gün birinci planda ölkənin təhlükəsizliyinin qanunverici əsaslarının möhkəmləndirilməsidir. Qazaxıstan dünyanın bütün ölkələri kimi, birbaşa olaraq terror təhlükəsi ilə üzləşib”, - Nazarbayev parlamentin altıncı çağırışının ikinci sessiyasını açarkən deyib.

O, Aktobe və Almatada terror hücumları nəticəsində milli qvardiyaçıların, polis və heç bir günahı olmayan vətəndaşların öldüyünü xatırladıb.

Nazarbayev qeyd edib ki, bu qanunlar ölkənin təhlükəsizliyi üçün işlənəcək.

N.O.

0
5