Moskvada iki nəfər vəhşicəsinə öldürüldü - VİDEO

Moskvada iki nəfər vəhşicəsinə öldürüldü - VİDEO

Polislər səhvən qətldə şübhəli bilinən şəxsi azadlığa buraxıblar.

Moskva müstəntiqləri paytaxtın şimali-şərqində iki nəfərin vəhşicəsinə qətlə yetirilməsi faktı üzrə cinayət işi açıblar.

Oxu.Az Life.ru-ya istinadən xəbər verir ki, İstintaq Komitəsinin Moskva üzrə Dövlət İstintaq İdarəsinin nümayəndəsi Yuliya İvanova qətlin törədildiyi mənzildə üç nəfərin: yaşlı kişi, onun qızı və nəvəsinin yaşadığını bildirib.

İstintaqın məlumatına görə, cinayətkar baba və anasına çoxsaylı zərbələr vurub, daha sonra cəsədləri doğrayaraq hadisə yerindən qaçıb.

Xatırladaq ki, qətldə şübhəli bilinən 28 yaşlı Moskva sakini Aleksandr S. axtarılır.

Mənbələrin sözlərinə görə, kişi qeyri-adekvat vəziyyətdədir və ətrafdakılar üçün təhlükəlidir.

Paytaxtın şimali-şərqində iki nəfəri vəhşicəsinə qətlə yetirən kişinin qaçışı müşahidə kameralarına düşüb.

Məlumata görə, qətldən sonra o, cəsədləri doğrayıb, bir hissəsini özüylə götürərək qaçıb.

İstintaqın məlumatına görə, şübhəli bilinən şəxs atasının evinə gələrək onu evə buraxmasını tələb edib. Amma atası onu evə buraxmayıb və polis çağırıb.

Hadisə yerinə gələn polislər onu başqasının mənizilinə girməyə heç bir haqqı olmadığını izah edərək onu qovublar. Həmin zaman asayiş keşikçiləri bir saat öncə baba və anasını qətlə yetirən insanla danışdıqlarını bilmirdilər.

Moskvada babasını və anasını qətlə yetirdikdən sonra o, atasının mənzilinə gedərək onu da öldürməyə cəhd edib.

0
6