BOK erməni idmançını medaldan məhrum etdi

BOK erməni idmançını medaldan məhrum etdi

Ermənistanın milli olimpiya komitəsi onun medal və sertifikatını geri qaytarmalıdır.

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Ümumdünya Dopinq Əleyhinə Agentliyin (WADA) növbəti hesabatını dərc edib. Diskvalifikasiya edilən 6 idmançı arasında erməni idmançısı Tiqran Martirosyan da var.

Oxu.Az panarmenian-a istinadən xəbər verir ki, 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarında 69 kq çəki kateqoriyasında bürünc medal qazanan Martirosyanın qan təhlilindən sonra onun stanozolol və dehydrochlormethyltestosterone dopinqləri qəbul etdiyi aşkar edilib, nəticədə o, diskvalifikasiya edilib.

Qeyd edilir ki, Ermənistanın Milli Olimpiya Komitəsi onun medal və sertifikatını geri qaytarmalıdır. Yekun qərarı Beynəlxalq Ağır Atletika Federasiyası qəbul edəcək.

BOK Pekin və Londonda keçirilən olimpiadalarda götürülmüş dopinq-sınaqların iki yoxlama dalğasını aparıb. Ümumilikdə 1243 təhlil aparılıb, onlardan 98-i müsbət nəticəli olub.

N.O.

0
5