Erməni QHT rəhbərinə Rusiyaya giriş qadağan edildi

Erməni QHT rəhbərinə Rusiyaya giriş qadağan edildi

Ermənistanın Qloballaşdırma və regional əməkdaşlıq analitik mərkəzinin rəhbəri Stepan Qriqoryana 2030-cu ilə qədər Rusiyaya giriş qadağan edilib.

Oxu.Az bu barədə erməni KİV-ə istinadən xəbər verir.

Bununla yanaşı, S.Qriqoryan Moskvaya Şeremetyevo aeroportuna gələrkən saxlanılaraq Ermənistana deportasiya edilib.

Politoloqun bəyanatında qeyd edilib ki, onun Rusiyaya girişinə qadağaya səbəb kimi bu ölkənin “Rusiya Federasiyasına giriş və çıxış qaydalarına dair” Federal qanun göstərilib. Qanunda, əsasən, xarici vətəndaşlar tərəfindən kriminal və qanunu pozan davranışlardan söhbət gedir.

“Mənimlə bağlı bu Qanunun “Rusiya ərazisində fəaliyyəti arzuolunmaz olan beynəlxalq təşkilatın fəaliyyətində iştirak edən xarici vətəndaşların deportasiyası haqqında” 26-cı maddəsinin 9-cu bəndi mühüm idi. Heç kim üçün sirr deyil ki, mənim rəhbərlik etdiyim Qloballaşdırma və regional əməkdaşlıq analitik mərkəzi Avropa QHT, analitik mərkəzləri və müxtəlif demokratik fondlar ilə əməkdaşlıq edir.

Aydındır ki, Rusiya hakimiyyətinin davranışı siyasi motivasiyaya əsaslanır. Məlumdur ki, Rusiya Ermənistanda vətəndaş cəmiyyətinin müstəqil institutlarının fəaliyyətinin qarşısını almaq istəyir”, - S.Qriqoryanın bəyanatında deyilir.

N.O.

0
7