Məzahir Pənahov yenidən MSK sədri seçilib

Məzahir Pənahov yenidən MSK sədri seçilib

Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib.

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.

Oxu.Az-ın məlumatına görə, iclasda təşkilatı məsələlərə - MSK sədrinin, sədr müavininin və katiblərin seçilməsi məsələsinə baxılıb.

İclasda Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov və Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev də iştirak edib.

Məzahir Pənahov yenidən MSK sədri seçilib. M. Pənahov ona göstərilən etimada görə, komissiya üzvlərinə təşəkkür edib.

0
14