Alim Qasımov o müğənniylə duet oxuyacaq - FOTO

Alim Qasımov o müğənniylə duet oxuyacaq - FOTO

Xalq artisti Alim Qasımovla müğənni Kərim Abbasov bir araya gəlir.

Bu barədə Lent.az-a K.Abbasov məlumat verib. O bildirib ki, xalq artisti ilə “Allaha fəryad” adlı mahnını duet oxuyacaqlar: “Sənətinə, insanlığına hörmət etdiyim Alim Qasımovla duet ifa edəcəyim mahnının musiqisini özüm yazmışam. Bəstənin sözləri isə Nüsrət Kəsəmənliyə məxsusdur. Onu da əlavə edim ki, bu mənim Alim bəylə ilk duetim deyil. Onunla birgə “Sən yetər ki sev” adlı mahnını da oxumuşuq. İllər öncə gerçəkləşən layihədə mərhum reper Hüseyn Dərya da yer almışdı. İnanıram ki, bu duetimiz də tutarlı olacaq”.

0
30