Bu gündən Britaniya təyyarələri İrana uçacaq

Bu gündən Britaniya təyyarələri İrana uçacaq

Britaniyanın "British Airways" (BA) hava şirkəti 4 ildən sonra sentyarbın 1-dən etibarən İrana uçuşları bərpa edib.

Oxu.Az report-a istinadən xəbər verir ki, sentyabrın 1-dən Tehrana həftədə 6 dəfə uçuş həyata keçiriləcək.

Məlumata görə, cari ilin sonunda BA həftəlik uçuş rejimindən gündəliyə keçməyi planlaşdırır.

Uçuş cədvəlinə uyğun olaraq, ilk təyyarə bu gün Bakı vaxtı ilə saat 12-də Tehrana uçub.

Qeyd edək ki, 2012-ci ildə "British Airways" İrana tətbiq edilən sanksiyalar çərçivəsində Tehrana uçuşları dayandırmışdı.

Bu yaxınlarda 8 illik fasilədən sonra Fransanın "Air France" hava şirkəti də İrana uçuşları bərpa edib.

0
6