FETÖ-nün 12 milyardlıq əmlakı dövlətin balansına keçdi

FETÖ-nün 12 milyardlıq əmlakı dövlətin balansına keçdi

Türkiyədə məlum 15 iyul hadisələrindən sonra FETÖ qruplaşmasının nəzarətində olan toplam dəyəri 12 milyard lirədən artıq mülkə həbs qoyulub. Lent.az-ın məlumatına görə, bu barədə Türkiyənin ətraf mühit və şəhərsalma naziri Mehmet Özhaseki “Anadolu” agentliyinə müsahibəsində deyib.

Nazir bildirib ki, son 1 ay yarım ərzində dövlət xəzinəsinin balansına təşkilat mənsublarının nəzarətində olan 2514 ədəd daşınmaz əmlak verilib.

M.Özhaseki müsahibəsində Türkiyənin cənubunda və şərqindəki 7 rayonda 30 mindən artıq mənzil tikməli olduqlarını deyib və terrorçuların zərərsizləşdirilməsi zamanı yerlə-yeksan edilmiş Sur qəsəbəsinin yenidən inşa edilməyəcəyini də əlavə edib.

0
6