Türkiyədə amerikalı jurnalist həbs edildi

Türkiyədə amerikalı jurnalist həbs edildi

ABŞ Dövlət departamentinin rəsmi nümayəndəsi Con Kirbi avqustun əvvəlində Türkiyədə amerikalı jurnalist Lindsi Senllin həbs edildiyini təsdiqləyib.

Oxu.Az life istinadən xəbər verir ki, Snell öz “Facebook” səhifəsində o, iyul ayında “Cebhat ən-Nüsrə” qruplaşması tərəfindən oğurlandığını, sonradan ordan qaçdığı və Türkiyə hakimiyyəti tərəfindən hərbi əməliyyatlar zonasının sərhəddini qanunsuz keçdiyi üçün saxlanıldığını yazıb.

ABŞ hakimiyyəti Ankara ilə əməkdaşlıq etdiyini və Snellin azad edilməsi istiqamətnidə iş apardığını bildirib.

Hazırda o, Hatay əyalətində həbsxanada saxlanılır, amerikalı diplomatlar onunla avqustun 26-da görüşə biliblər.

Lindsi Senllin özünü müsəlman adlandırır və hər zaman müsəlman baş örtüsü ilə şəkil çəkdirir.

Jurnalist qadın sosial şəbəkə səhifəsində, oğurlandıqdan sonra Suiryada qiyamçının evində onun ailəsi ilə yaşadığını yazıb.

0
6