Bulvarda qadın özünü dənizə atdı

Bulvarda qadın özünü dənizə atdı

Bakıda intihara cəhd olub.

Oxu.Az xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 11:30 radələrində Dənizkənarı Milli Parkda qeydə alınıb.

Şəxsiyyəti hələlik məlum olmayan qadın özünü dənizə atıb. Hadisə yerindəki şəxslərin köməyi ilə qadın sudan çıxarılıb.

Hazırda onun kimliyi və intihara cəhd etməsinin səbəbləri araşdırılır.

0
8