Rusiyalı tələbələrə Türkiyədə təhsil almağa icazə verildi

Rusiyalı tələbələrə Türkiyədə təhsil almağa icazə verildi

Rusiyalı tələbələrin Türkiyə ərazisinə girişinə məhdudiyyət aradan qaldırıldı.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Təhsil və Elm Nazirliyinin beynəlxalq departamentinin direktoru Nikolay Toyvonen bildirib.

“Bizdə müəyyən müddət ərzində tələbələrin Türkiyə ərazisinə girişinə məhdudiyyət var idi. Belə ki, biz onların təhlükəsizliyinə təminat verə bilmirdik”, - Toyvonen bildirib.

Tələbələrə Türkiyə ərazisinə girişə “Su-24” təyyarəsinin vurulmasından sonra məhdudiyyət qoyulmuşdu. Keçən ilin dekabr ayında bu ölkədə mübadilə üzrə təhsil alan bütün tələbələr Rusiyaya göndərilmişdi.

N.O.

0
5