Misir Aİ və Türkiyəni ittiham etdi

Misir Aİ və Türkiyəni ittiham etdi

Hazırda ölkədə 5 milyona yaxın mühacir var.

Misir hakimiyyəti mühacirlərin kəskin axınında Avropa İttifaqı və Türkiyə arasında mühacir sazişini günahkar sayır.

Oxu.Az bu barədə “EUobserver”ə istinadən xəbər verir.

Misirin Xarici işlər nazirinin beynəlxalq təşkilatlar üzrə müşaviri Hişam Bədrin bəyanatına görə, hazırda ölkədə beş milyona yaxın mühacir var, onlardan 500 mini suriyalıdır.

Onun sözlərinə görə, hər gün hakimiyyət sığınacaq xahişi ilə 800 müraciət alır.

“Türkiyə ilə saziş nəticəsində nə baş verdiyini görürsünüz”, - Bədr avrodeputatlara şikayət edib.

O qeyd edib ki, miqrasiya böhranı Misirə 300 milyon dollara başa gəlir, bu böhranın həlli üçün isə Aİ-dən yetərincə yardım almır.

N.O.

0
4