Avqustda erməni birləşmələri 467 dəfə atəşkəsi pozub

Avqustda erməni birləşmələri 467 dəfə atəşkəsi pozub

İyul ayında atəşkəs 370 dəfə pozulub.

Avqust ayında erməni silahlı bölmələri atəşkəs rejimini 467 dəfə pozub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, qumbaraatanlardan və snayper tüfənglərindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Avqust ayında da cəbhəboyu əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altında olub. Düşmənin ön xətdəki təxribatlarının qarşısı qətiyyətlə alınıb. Eyni zamanda, ötən ay düşmən təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Şindiyev Ramazan Qurban oğlu yaralanıb.

Avqust ayı ərzində erməni silahlı bölmələri Silahlı Qüvvələrimizin Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqelərini atəşə tutub.

Naxçıvan Muxtar Respublikası istiqamətində hava məkanımızı pozmağa və Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Əlahiddə Ümumqoşun Ordusu hava hücumundan müdafiə bölmələrinin döyüş növbətçiliyi aparan atəş vasitələri tərəfindən məhv edilib.

Qeyd edək ki, iyul ayında atəşkəs 370 dəfə pozulub.

0
5