Bu gün nadir günəş tutulması gözlənilir

Bu gün nadir günəş tutulması gözlənilir

Azərbaycan sakinləri, təəssüf ki, bu hadisəni şəbəkədə yayım vasitəsilə izləyə biləcəklər.

Alimlər Yer kürəsinin sakinlərinin qeyri-adi gün tutulmasını müşahidə edə biləcəklərini bəyan ediblər.

Oxu.Az “24Mir” portalına istiandən xəbər verir ki, alimlərin fikrincə, təbiət hadisəsi planetin cənub yarımkürəsində baş verəcək.

Alimlərin sözlərinə görə, Ay Günəşin qarşısını tam tutmayacaq. Astronomlar iddia edirlər ki, maqnit sahəsinin qeyri-sabitliyinə görə, bəzi insanlarda baş ağrıları və səhhətində narahatlıq olacaq.

Xüsusi aparatın yardımı ilə tam günəş tutulması hadisəsi Mərkəzi Afrika, Tanzaniya, Mozambik və Madaqaskarda müşahidə ediləcək. Azərbaycan sakinləri, təəssüf ki, bu hadisəni şəbəkədə yayım vasitəsilə izləyə biləcəklər.

Daha öncə 2017-ci ildə Ay tutulmasının baş verəcəyinə dair məlumat yayılmışdı. Bu tutulma son 40 ildə baş verən tutulmalardan daha uzun çəkəcək. Astroloqların fikrincə, təbiət hadisəsini 200 milyon Yer sakini müşahidə edə biləcək. Məlumata görə, avqustun 21-də Yerin peyki Günəşi üç dəqiqə müddətinə tutacaq.

0
15