Türkiyənin sabiq DİN başçısı ilə bağlı ŞOK FETÖ-çü İTTİHAMI

Türkiyənin sabiq DİN başçısı ilə bağlı ŞOK FETÖ-çü İTTİHAMI

Türkiyənin daxili işlər naziri Əfqan Alanın istefası ilə bağlı şok iddia ortaya atılıb.

Lent.az odatv.com-a istinadən xəbər verir ki, Türkiyənin Cumhuriyyət Xalq Partiyasının İzmir deputatı Aytun Çıray sosial şəbəkələrdə maraqlı iddia ilə çıxış edib. Deputat yazıb ki, DİN başçısının vəzifədən getməsi xəbərini çoxdan gözləyirmiş. Belə ki, CHP-li deputatın iddiasına görə, Əfqan Ala "FETÖ işi"nə görə həbs edilən Sinop valisinin ifadəsi ilə bağlı işdən uzaqlaşdırılıb.

Aytun Çıray Tvitter hesabında bunları yazıb: “Daxili işlər nazirinin istefasını gözləyirdim. Çünki həbs edilən Sinop valisi ifadəsində cemaat abilərinin polis təşkilatının rəisi və daxili işlər naziri olduğunu açıqlayıb".

0
6