Kopenhagendə atışma: Yaralananlar var

Kopenhagendə atışma: Yaralananlar var

Atıcının saxlanması üzrə əməliyyata İsveç polisi də qoşulub.

Danimarkanın paytaxtı Kopenhagendə gecə saatlarında baş verən atışmada ən azı iki polis və bir mülki vətəndaş yaralanıb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Sun” nəşri məlumat yayıb.

“Atışma Xristianiyada (Kopenhagenin rayonu) baş verib, atışmadan sonra polislər, atəş açan adamı saxlamaq üçün rayonu mühasirəyə alıblar”, - nəşr yazıb. Hadisənin şahidləri doqquz atəş səsi eşitdiklərini bildiriblər.

Qəzetin məlumatına görə, polislər narkotik vasitələrlə əlaqədar olan kişini saxlamağa çalışıblar, bu zaman kişi hüquq mühafizəçilərinə atəş açmağa başlayıb. Polislərdən biri başından, digəri isə ayağından yaralanıb.

Atıcının saxlanması üzrə əməliyyata İsveç polisi də qoşulub.

N.O.

0
12