"Qalatasaray" məşhur simaları klubdan qovdu

"Qalatasaray" məşhur simaları klubdan qovdu

“Qalatasaray” futbol klubu Türkiyədə hakimiyyət çevrilişinə cəhd göstərmiş FETÖ qruplaşması ilə əlaqələrinin olduğu müəyyən edilmiş üzvlərini klıubdan uzaqlaşdırır. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, ikisi həbsdə, digər ikisi isə axtarışda olan 4 üzvlə bağlı klubun idarə heyəti qərar çıxarıb. Hazırda həbsdə olan İstanbulun keçmiş valisi Hüseyn Avni Mutlu, eləcə də Bursanın sabiq valisi Şəhabəddin Harputlə yanaşı, haqlarında tutulma qərarı çıxarılmış veteran futbolçu Arif Ərdəm və keçmiş futbolçu İsmayıl Dəmirizin klubla bütün əlaqələrinə xitam verilməsinə qərar qəbul edilib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyədən qaçmış veteran futbolçu Hakan Şükürün də “Qalatasaray”a üzvlüyü ləğv edilib. Tanınmış müğənni Nihat Doğan isə məhkəmə yolu ilə üzvlük haqqını bərpa etməyə nail olub.

0
9