Selena Qomes səhnədən gedir

Selena Qomes səhnədən gedir

Selena Qomes “Revival World Tour” adlı müxtəlif ölkələrdə təqdim edəcəyi konsertlərini başa çatdırdıqdan sonra səhnə həyatına fasilə verərək səhhəti ilə məşğul olacaq.

Oxu.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Bildiyiniz kimi, mən dəri vərəmindən əziyyət çəkirəm. Bu xəstəlik hər kəsə fərqli təsir edir. Məndə bu xəstəlik özünü narahatlıq, təşviş və depressiya kimi büruzə verir”, - deyə 24 yaşlı müğənni deyib.

“Gələcəkdə fəal olmaq üçün mən indi sağlamlığıma diqqət ayırmalıyam, bu isə müəyyən zaman çəkə bilər. Dəstək üçün bütün pərəstişkarlarıma təşəkkür edirəm. Mən gələcəkdə daha yaxşı işləmək üçün bu problemin öhdəsindən gəlməliyəm”, - deyə Selena sözlərinə əlavə edib.

Ulduza yaxın olan mənbədən isə bildirilib:

“Selena gələcəkdə özünü işinə tam olaraq həsr etmək üçün birillik fasilə götürməyi qərara alıb. O, gələcəyə optimizm ilə baxır”.

Selena Qomes öz xəstəliyi barədə uzun müddət heç kimə heç nə deməyib. Bir il bundan öncə o, müsahibələrinin birində dəri vərəmindən əziyyət çəkdiyini bildirib.

Bu, həddindən artıq ağır xəstəlikdir. Dəri vərəmi zamanı insan orqanizmi öz hüceyrələrini yad hüceyrə kimi qəbul edərək onlarla mübarizə aparmağa başlayır. Bu xəstəliyə əsasən qadınlar mübtəla olur. Bir qayda olaraq, ilk əlamətlər 15-25 yaşlarında üzə çıxır.

0
11