Azərbaycanda dövlət qulluğunda çalışanların əksəriyyəti 35-64 yaşlardadır

Azərbaycanda dövlət qulluğunda çalışanların əksəriyyəti 35-64 yaşlardadır

Azərbaycanda dövlət qulluğu vəzifələrini tutan işçilərin əksəriyyəti 35-64 yaşlarda olanlardır.

Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, 2015-ci ildə dövlət qulluğu vəzifələrini tutan işçilər arasında kişilər üstünlük təşkil edib.

Ali - 3-cü təsnifatlar üzrə inzibati vəzifələri daşıyanların 333 nəfəri qadın, 840-ı kişilər olub.

4-7-ci təsnifatlar üzrə inzibati vəzifələrdə çalışanların 4972-si qadın, 17741 nəfəri kişilərdir.

Dövlət qurumunun yardımçı vəzifələrini tutanlar arasında isə qadınların sayı (3499 nəfər) kişiləri (2738 nəfər) üstələyir.

Z.C

0
7