Əfqanıstanda toyda partlayış: 3 uşaq yaralandı

Əfqanıstanda toyda partlayış: 3 uşaq yaralandı

Əfqanıstanın Şəbərqan şəhərində toy şənliyi zamanı partlayış törədilib.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 3 uşaq yaralanıb.

Məlumata əsasən, cinayəti törədənlər müəyyənləşdirilib. Hazırda onların tutulması üzrə əməliyyatlar aparılır.

Qeyd edək ki, hadisə Türkmənistanla sərhəddə yerləşən Cauzcan əyalətində baş verib.

0
10