Kopenhagendə atışma: 2 yaralı

Kopenhagendə atışma: 2 yaralı

Danimarkanın paytaxtı Kopenhagendə silahlı insident baş verib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən, baş verən atışma nəticəsində 2 polis əməkdaşı yaralanıb.

Hadisə yeri təhlükəsizlik qüvvələri tərəfindən əhatəyə alınıb. İnsidentin başvermə səbəbləri barədə hələ ki, məlumat verilmir.

0
12