ABŞ-da iki təyyarə göydə toqquşdu

ABŞ-da iki təyyarə göydə toqquşdu

ABŞ-ın Alyaska ştatında iki yüngülmotorlu təyyarə göydə toqquşub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, şahidlərin sözlərinə əsasən, təyyarələrin qalıqları Vefil şəhəri yaxınlığında yerə düşüb.

İlkin məlumata görə, təyyarələrin göyərtəsində 5 nəfər olub. Qəzanın səbəbləri və təyyarələrin göyərtəsində olanların taleyi barədə hələlik məlumat yoxdur.

0
9