Rihannanı döyən müğənni yenə saxlanıldı

Rihannanı döyən müğənni yenə saxlanıldı

Məşhur müğənni Kris Braun ABŞ-ın Los-Anceles şəhərində bir qadını silahla təhdid etdiyi üçün polis tərəfindən saxlanılıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı müğənni haqqında “öldürücü silahla hücum” maddəsi üzrə cinayət işi açılıb.

Qeyd edək ki, Kris Braun 2009-cu ildə keçmiş sevgilisi Rihannanı döydüyü üçün gündəmə gəlmişdi. Buna etiraz olaraq həmin ərəfədə bir çox ölkə ifaçıya viza verməkdən imtina etmiş və Braunun bir çox konserti təxirə salınmışdı.

0
20