İtaliya yenidən silkələndi

İtaliya yenidən silkələndi

İtaliyanın mərkəzi hissəsində 4,1 bal gücündə növbəti dəfə zəlzələ baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Norça şəhərindən (Umbriya vilayəti) 7 km. şimal-şərqdə qeydə alınıb. Zəlzələnin dərinliyi 6,6 km. təşkil edib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

Qeyd edək, avqustun 23-nə keçən gecə İtaliyanın mərkəzi hissəsində 6,2 bal gücündə zəlzələ baş verib. Latsio, Umbriya və Marka vilayətlərində ciddi dağıntılar baş verib, 300-ə yaxın insan təbii fəlakətin qurbanı olub.

0
21